-
- 29-04-2021, 14:28
- 373
“Heydər Əliyev irsi və milli mənəvi dəyərlər” mövzusunda görüş keçirildi
Aprelin 29-da Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi “Heydər Əliyev irsi və milli mənəvi dəyərlər” mövzusunda görüş keçirib.
News24.az xəbər verir ki, görüşdə YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak edib.
Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Ulu Öndər Heydər Əliyevin irsinin gənc nəsil üçün böyük məktəb olduğunu bildirib. O qeyd edib ki, Ulu Öndərimiz milli mənəvi dəyərlərimizin qorunması və inkişafında böyük xidmətlər göstərib.
Daha sonra görüşün qonağı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlını təqdim edən Bəxtiyar İslamov deyib ki, Mübariz Qurbanlının “Heydər Əliyev irsi və milli mənəvi dəyərlər” mövzusunda məruzəsi gənclər üçün faydalı olacaq.
Görüşdə Mübariz Qurbanlı bildirib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Mübariz Qurbanlı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsi hər zaman Azərbaycana uğurlar qazandırır. Ulu Öndər müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırıb, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək, xalqımız qarşısındakı böyük və zəngin xidmətləri hər zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli Liderimizin fəaliyyəti keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərən, Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir.
Onun sözlərinə görə, Azərbaycanın XX əsrdə bir ölkə kimi, istər Sovet hakimiyyəti dövründə, istər dövlət müstəqilliyinin bərpasından sonra qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının Liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub.
Dövlət Komitəsinin sədri söyləyib ki, Ulu Öndərimiz hər zaman milli mənəvi dəyərlərimizin qorunmasına və inkişafına xüsusi diqqət yetirib: “Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında dayanır. Ulu Öndərin yaratdığı dövlətçilik prinsiplərinin aparıcı xətti azərbaycançılıqdır. Milli-mənəvi dəyərlərimizi qorumaq bizim ən ümdə vəzifələrimizdən biridir. Biz bu gün milli-mənəvi dəyərlərimizin təbliğ və təşviqindən danışanda milli-mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərimizə və müasirliyə diqqət yetirməliyik. Buna görə milli-mənəvi dəyərlərimizin qorunması dedikdə, eyni zamanda, İslamın əsl mahiyyətini, əsl dəyərini olduğu kimi gənc nəslə çatdırmağı zəruri hesab edirik”.
Mübariz Qurbanlının sözlərinə görə, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması və təbliği prosesinə xüsusi diqqət yetirir.
M.Qurbanlı milli mənəvi dəyərlərimizin qorunması və təbliği ilə bağlı gənc nəslin üzərinə də böyük vəzifələrin düşdüyünü diqqətə çatdırıb.
Daha sonra Dövlət Komitəsinin sədri gənclərin suallarını cavablandırıb. Görüş diskussiya şəraitində davam edib.