Arvadının sevgilisi olduğunu öyrənən ər onlara toy etdi
    • 30-04-2021, 09:27
    • 290

Arvadının sevgilisi olduğunu öyrənən ər onlara toy etdi

Hindistan sakini arvadının sevgilisinin olduğunu öyrənib və onlara toy etmək üçün kömək edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-adi hadisə Bihar şəhərində baş verib. Uttam Mandal adlı şəxs 7 ildir evli olduğu və iki övladının anası Sapna Kumarinin bir neçə ildir qohumu Raj Humar ilə gizli görüşdüyünü öyrənib.

Aldadılmış ər həyat yoldaşı ilə münasibətləri düzəltməyə çalışsa da bu mümkün olmayıb. Sonda isə sevgililərin bir yerdə olmasına icazə verib: "Bəli, uzun müddət əsəbiləşdim və kədərləndim, amma vəziyyətdən çıxış yolu təklif etdim. Əgər geri çəkilməyə cəsarət etməsəydim, onda üç nəfərin həyatı məhv olacaqdı. Bu yeganə seçimdir. Bu şəkildə hamımız xoşbəxt olacağıq".

U.Mandal hətta həyat yoldaşının narazı ailəsini də razı sala bilib. Nəticədə Mandal özü keçmiş arvadının toyunu təşkil edib və gəlinlə bəyə xeyir-dua verib.