İmişlidə nişan məclisi keçirənlər cərimələndi
    • 30-04-2021, 10:07
    • 302

İmişlidə nişan məclisi keçirənlər cərimələndi

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfndən karantin rejimi qaydalarının pozulması hallarının qarşısnın alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətininn Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şahverdili kəndindəki fərdi yaşayış evində nişan məclisi keçirməyə cəhd göstərən şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən məclis dayandırılıb, 2 nəfər barəsində isə qanunamüvafiq tədbir görülüb.