Qırğızıstan yeni ölüm və yaralı sayını açıqladı
    • 1-05-2021, 13:31
    • 424

Qırğızıstan yeni ölüm və yaralı sayını açıqladı

Qırğızıstan Tacikistanla sərhəddə baş verən silahlı münaqişə zamanı ölənlərin yeni sayını açıqlayıb. 

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Son rəqəmlərə əsasən, atışma nəticəsində ölənlərin sayı 33-ə, yaralıların sayı isə 163-ə yüksəlib. 

Qeyd edilib ki, münaqişə zonasından 27 mindən çox insan təxliyə olunub.