Qırğızıstanla Tacikistan sərhədlərlə bağlı danışıqlara başladı
    • 1-05-2021, 14:36
    • 375

Qırğızıstanla Tacikistan sərhədlərlə bağlı danışıqlara başladı

Qırğızıstan və Tacikistan hökumət nümayəndə heyətləri sərhədin ortaq hissəsinin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlayıblar.

News24.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. 

Danışıqlar Qırğızıstanın Batkən bölgəsində aparılır.