Yaşar Nurinin ev muzeyindən oğurluq edən ŞƏXS TAPILDI
    • 3-05-2021, 11:32
    • 632

Yaşar Nurinin ev muzeyindən oğurluq edən ŞƏXS TAPILDI

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl mərhum Xalq artisti Yaşar Nurinin Novxanıda yerləşən bağ evindən şəxsi əşyalar oğurlanmışdı. 

Məsələylə bağlı News24.az-a açıqlama verən mərhumun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib ki, oğurluq edən şəxs tapılıb: "Bağımıza girən oğru artıq tapılıb. Hazırda Sumqayıt Baş Polis idarəsində araşdırma davam edir".

Qeyd edək ki, sözügedən oğurluq zamanı mərhum Xalq artistinə məxsus eynək, telefon və digər şəxsi əşyalar mənimsənilmişdi.