Arif Quliyev hələ də huşsuz vəziyyətdədir
    • 4-05-2021, 12:31
    • 514

Arif Quliyev hələ də huşsuz vəziyyətdədir

"Atamın səhhətində müəyyən irəliləyişlər var, amma yenə də vəziyyəti ağırdır. Müalicəsi davam edir. Biz də gözləyirik. Artıq doqquz gündür hüşsuz vəziyyətdədir. Huşu yerinə gələn kimi yanına ilk mən girəcəm".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev deyib.

O, söhbət əsnasında bir müddət öncə atası ilə bağlı yayılan məsələlərə də aydınlıq gətirib. Deyilənlərə görə, A. Quliyevin xəstəxanaya yerləşdirilməmişdən öncə təzyiqi qalxıb və buna görə də evində yıxılıb, ağzından qan gəlib. Oğlu isə bu xəbərləri təkzib edib: "Xeyr, elə bir şey yoxdur. Evdə olanda qızdırması və təzyiqi qalxdığına görə onu öz maşınımla xəstəxanaya apardım". 

Qeyd edək ki, A.Quliyev koronavirusdan əziyyət çəkir.