"Sən də barı "YOX" deməyi bacar" - Azər Aydəmir Rasim Balayevdən DANIŞDI
    • 27-04-2024, 11:17
    • 396

"Sən də barı "YOX" deməyi bacar" - Azər Aydəmir Rasim Balayevdən DANIŞDI

"Rasim müəllimi çox sevirəm. O da mənim xətrimi çox istəyir. Çox saf insandır. Hörmətli podkast əhli, onunla manipulasiya etməyin. Yönləndirməyin. Alət etməyin".

News24.az xəbər verir ki, bu sözləri aktyor Azər Aydəmir öz "facebook" səhifəsində yazıb.

Azər Aydəmir sözlərinə belə davam edib: "Rasim müəllimin yanında daima olan insanlardan isə xahiş edirəm ki, sənətkarla bir rahat yerdə əyləşib, pürrəngi çay sifariş edib müəllimə Alatavanı göstərsinlər. 3 seriyaya maksimum 2.5 saat gedəcək və söhbət dərhal bağlanacaq. 

P.S. Rasim müəllimin köməkçisinə isə demək istəyirəm ki, canlı əfsanəni görmək istəyən, ondan müsahibə almaq istəyən 24/7 minlərlə adam zəng edə bilər.

Sən də barı "YOX" deməyi bacar da qadan alım".