Fikrət Qoca ilə vida mərasimi keçirilməyəcək
    • 5-05-2021, 11:35
    • 611

Fikrət Qoca ilə vida mərasimi keçirilməyəcək

Bu gün 85 yaşında vəfat edən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca ilə vida mərasimi keçirilməyəcək.

Xalq şairinin nəşi təxminən saat 15:00-16:00-da evindən götürüləcək. Pandemiya şəraitinə görə mərhumla vida mərasimi keçirilməyəcək.
Xalq şairi I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib. /Report/