Rəmişlə vida mərasimi KEÇİRİLMƏYƏCƏK - FOTOLAR
    • 6-04-2021, 10:55
    • 539

Rəmişlə vida mərasimi KEÇİRİLMƏYƏCƏK - FOTOLAR

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) vida mərasimi keçirilməyəcək.

Bu barədə News24.az-a açıqlamasında mərhumun həyat yoldaşı Güllü Hüseynova deyib.

O, bildirib ki, Xalq artisti bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

G. Hüseynova koronavirus məsələsinə də münasibət bildirib: “Nə mən, nə də Rəmiş koronavirusa yoluxmamışdıq. Sadəcə, onu müalicə edə bilmədilər. Dövlətə cavab verə bilməyəcəkdilər, ona görə adını koronavirus qoydular. Onlar günaha batdılar. Mən xəstəxanadan qaçmamışam, təcili yardımın qapısından çıxmışam”.

Sevda Bayramova 
Fərid Şabanov