Bakıda bu küçəyə Polad Həşimovun adı verildi
    • 7-05-2021, 16:53
    • 632

Bakıda bu küçəyə Polad Həşimovun adı verildi

Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilib və Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən News24.az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin 13 aprel tarixli Sərəncamına əsasən, Xətai rayonunda yerləşən Pavel Naximov küçəsinin adı dəyişdirilib.

Dəyişikliyə əsasən, bundan sonra Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılacaq.

Həmin küçədə Polad Həşimovun adına parkın da istifadəyə veriləcəyi bildirilib.