Antibiotik qızın bədənini elə bir hala saldı ki… – Foto
    • 31-10-2018, 11:42
    • 1 173

Antibiotik qızın bədənini elə bir hala saldı ki… – Foto

Antibiotikin allergik təsiri 29 yaşlı fransız qızın bədənini 90 faiz yandırıb.

Fransanın Avinyon şəhərinin sakini Kamilla Laji badamcıqlarının müalicəsi üçün penitsilin qəbul edib. Əvvələr bu antibiotik onda heç bir allergik reaksiya verməyib. Ancaq bu dəfə onun bütün bədəni səpib və gözləri yanmağa başlayıb.
Qızın vəziyyəti pisləşdiyi üçün valideynləri onu xəstəxanaya çatdırıb. Həkimlər Lajiyə Layella sindromu və ya toksik epidermal nekroliz diaqnozunu qoyub.
Adətən bu xəstəliklərdən əziyyət çəkən xəstələrin temperaturu qalxır, bədənində səpgilər, sonra böyük sulu qabarcıqlar yaranır.
Laji Marsel şəhərində ağır yanıq diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. O xəstəxanada 3 həftə qalıb.
“Layella sindromuna qarşı heç bir dərman preparatı yoxdur. Sadəcə olaraq morfi var ki, bu da ağrıları azaltmaq üçündür. Mən başdan ayağa bintlə bağlamışdılar. Çünki dərimin 90 faizi ikinci dərəcəli yanmışdı. Eyni zamanda dil və traxeya da zərər görmüşdü” — deyən Laji bir neçə gün danışa bilmədiyini də bildirib.
Hazırda Laji bloq yazılarında öz müalicəsi barədə yazır. O düşünür ki, belə etməklə bu xəstəlikdən əziyyət çəkən digər insanlara da kömək edə bilər.
“Mənim heç vaxt normal dərim olmayacaq. Məndə əvvəlki kimi çox sayda çapıqlar var. Və onlar hər gün mənə bu xəstəliyə qələbəmi xatırladır” — deyə Laji bildirir.

//Sputnik.az