-
- 30-10-2018, 18:05
- 1 329
SUYA ALLERGİYA: dünyada cəmi 50 nəfərdə var - Biri də bu qızcığazdır
Allergik reaksiyalar qidaya, dərman vasitələrinə, hətta gündəlik olaraq evdə istifadə olunan bir çox əşyalara qarşı yarana bilər. Lakin suya allergiya heç kimin ağlına gəlmir.
Dünyada cəmi 50 nəfər bu allergik xəstəlikdən əziyyət çəkir. Belə insanların su ilə təmasından dəridə qızarıqlıq və iri suluqlar meydana çıxır. Belə pasiyentlərdən biri də 1 yaş yarım olduqda su allergiyası diaqnozu qoyulan Ayva Angermandır.
Qeyd edək ki, bu cür xəstələrin çoxu ya yeniyetmə, ya da yetkin insanlardır.
Əvvəlcə Ayvanın valideynləri elə düşünüblər ki, körpənin bədənində əmələ gələn qızartıların və suluqların səbəbi istifadə etdikləri sabun və ya şampunlardır. Tədricən məlum olub ki, Ayvanın bədəninə adi su da dəydikdə eyni vəziyyət yaranır.Valideynləri onu süzülmüş və hətta distillə olunmuş su ilə yuyundursalar da, Ayvanın bədənində istənilən mayedən, hətta öz göz yaşından və tərindən də qızartı və suluq əmələ gəldiyinin şahidi olublar.
Körpənin anası 27 yaşlı Britani bildirir ki, onun həyatı çox çətindir. Çəkdiyi ağrılara baxmayaraq valideynləri qızı ağlamağa qoymurlar. Səbəbi isə göz yaşının uşağın dərisinin vəziyyətini daha dözülməz hala salmasıdır. Britani övladının digər uşaqlarla oynamasının qeyri-mümkünlüyünü anlayaraq yaşıdlarının onunla iztehza edəcəklərindən ehtiyatlanır. O bildirir ki, qızı artıq bir sıra əyləncələrdən məhrumdur. O digər uşaqlar kimi hovuzda çimə və qartopu oynaya bilmir.
İndi valideynləri Ayvanı həftədə bir dəfə çimizdirirlər. Amma artıq onda "su qorxusu” yaranıb. Həkimlərsə Ayvaya çarə edə bilmirlər. Onlar uşağı yalnız kondisioner olan məkanlarda saxlamağı, bədəninin həddən artıq qızmasına yol verməməyi tövsiyyə edirlər. Suyun tərkibi də böyük əhəmiyyət kəsb etdiyindən içməli su kimi yalnız filterdən süzülmüş su istifadə etməyi məsləhət görülür.
Tibb işçiləri hələ indiyə kimi, allergiyanın bu növünın yaranma səbəbini tapa bilməyiblər. Onlar yalnız xəstəliyin əlamətləri ilə mübarizə aparırlar.
Ayvanın valideynləri ümid edirlər ki, gələcəkdə övladlarının həyatını yüngülləşdirəcək daha effektiv vasitələr əldə olunacaq.
//Medicina.az