İntihar edən filial müdiri 11 yaşlı oğlunu itiribmiş - YENİLƏNİB
    • 17-05-2021, 15:34
    • 409

İntihar edən filial müdiri 11 yaşlı oğlunu itiribmiş - YENİLƏNİB

Xəbər verdiyimiz kimi,  bu gün “Kapital Bank”ın filial müdiri  Mahir Sultanov intihar edib.

Mərhum 1 il öncə 11 yaşlı övladını xərçəngdən itirib.  Belə ki, Mahir Sultanov övladının sağlamlığı üçün bütün əmlakını satsa da, onu xilas edə bilməyib. Azyaşlı oğlunun ölümü ilə  o, tamamilə sarsılıb və sonda intihar edərək həyatına son qoyub. /Unikal/

***15:30

“Kapital Bank”ın filial müdiri intihar edib.

Bankın Xəzər rayon filialının müdiri Mahir Sultanov özünü öldürüb.
O, Şüvəlan qəsəbəsində yerləşən filiala rəhbərlik edirmiş. İntiharın səbəbi hələ ki, bəlli deyil.
Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/