Bu məktəblərdə həftədə 5 gün dərs keçiriləcək
    • 18-05-2021, 13:22
    • 351

Bu məktəblərdə həftədə 5 gün dərs keçiriləcək

Bakı şəhəri üzrə həftədə 5 gün dərs keçiriləcək məktəblər açıqlanıb.

Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Məlumata görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, layihə tutumu və şagird sıxlığı imkan verən (sosial məsafə 1,5 metr gözlənməklə) 16, 44, 50, 122, 140, 153, 161, 173, 231 nömrəli ümumi təhsil müəssisələrində pandemiya qaydalarını gözləməklə I-IX siniflərdə həftədə 5 gün dərslər keçiriləcək.  /Oxu.az/