-
- 22-01-2021, 12:12
- 488
Dərslər həftədə 3, 4 və 5 dəfə keçiriləcək
“Fevralın 1-dən etibarən mərhələli şəkildə təhsilin bərpa olunmasına qərar verilib. İbtidai təhsil və məktəbəqədər təhsil qismən bərpa olunur”.
News24.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, dərslər həftədə 3, sıxlığın az olduğu yerlərdə isə həftədə 4 və ya 5 dəfə əyani formada keçiriləcək: "2020-ci il Azərbaycan təhsili üçün kifayət qədər mürəkkəb il oldu. Ümumi olaraq pandemiya ilə bağlı şərait pisləşdi".
Nazir bildirib ki, 1 fevraldan etibarən mərhələli şəkildə dərslər bərpa olunacaq: "Sıxlıq çox olan yerlərdə əyani təhsil həftədə 3 dəfə reallaşdırılacaq. İnsan həyatının önəmli olduğunu nəzərə alaraq ciddi addımlar atmalıyıq. Fevralın 1-dən etibarən növbəti iki həftə ərzində 5-9-cu siniflər qismən tədris prosesinə qoşulacaq.
Məktəbəhazırlıq qruplarının dərsləri də eyni qaydada bərpa olunacaq".