Azərbaycanın Baş naziri bu gün Rusiyaya rəsmi səfərə gedir
    • 19-05-2021, 11:33
    • 462

Azərbaycanın Baş naziri bu gün Rusiyaya rəsmi səfərə gedir

Bu gün, mayın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasına (RF) rəsmi səfərə gedəcək.

Bu barədə News24.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri M.V.Mişustinlə və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.