Bu yay çimərliklər açılacaq?
    • 20-05-2021, 14:19
    • 489

Bu yay çimərliklər açılacaq?

TƏBİB bu il yay aylarında çimərliklərin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

News24.az xəbər verir ki, bu barədə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva REAL TV-yə müsahibəsində məlumat verib: "Ötən il də yay vaxtı bəlli şərtlərlə çimərliklər işləyirdi. Onda çimərliklərlə bağlı sanitar qaydalar hazırlanmışdı. Fiziki məsafə, əl gigiyenasının şərtləri və sair. Bu il də bu qaydalar əsasında aidiyyəti strukturlar qərar verəcəklər".