Toylarla bağlı VACİB AÇIQLAMA
    • 25-06-2020, 17:57
    • 830

Toylarla bağlı VACİB AÇIQLAMA

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva xarici təcrübədə olan müəyyən qaydalar əsasında toyların bərpası və bölgələrə gediş-gəliş məsələsinə münasibət bildirib.

News24.az xəbər verir ki, TƏBİB-in şöbə müdiri bildirib ki, hər bir qaydaya riayət etmək vətəndaşdan asılıdır: "Marketdə, hər yerdə polis yerləşdirmək düzgün deyil. Qaydalar sərtləşdikcə psixoloji gərginlik yaranır. Vətəndaşın həm SMS-lə bayıra çıxması, həm marketdə onu kiminsə izləsin, mümkün deyil. Cəmiyyət bir-birinə təzyiq göstərməlidir, hər nəzarəti dövlət qurumundan gözləmək olmaz. Digər ölkələrdə toy və bölgələrə gediş-gəlişlə bağlı məsələyə gəldikdə isə, biz bütün ölkələrlə daima əlaqədəyik. Amma bunun üçün statistikanın normal bir səviyyəyə düşməsi lazımdır, yəni virus nəzarətdə saxlanacağı vəziyyətə düşəndə bunlar mümkündür".