Sabahdan Bakı-Sumqayıt qatarları yeni cədvəllər üzrə hərəkət edəcək - FOTO
    • 20-05-2021, 18:31
    • 353

Sabahdan Bakı-Sumqayıt qatarları yeni cədvəllər üzrə hərəkət edəcək - FOTO

21 may tarixindən etibarən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən News24.az-a verilən məlumata görə, cədvəllərdə dəyişiklik Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulub. Belə ki, pandemiya şəraiti ilə əlaqədar fəaliyyəti dayandırılmış Bakı-Gəncə qatarı müvəqqəti olaraq sözügedən istiqamətlərdə sərnişinlərə xidmət göstərəcək.

Qatarların sayı saxlanılmaq şərti ilə bəzi reyslərin vaxtına dəyişiklik olunub.