Sabiq baş infeksionist: “Evimdən 60 min manata yaxın oğurluq edilib”
    • 21-05-2021, 10:51
    • 238

Sabiq baş infeksionist: “Evimdən 60 min manata yaxın oğurluq edilib”

“Bakıda məzilimdən 60 min manata yaxın oğurluq edilib. Hadisə 2019-cu ildə olub”.

Bunu News24.az-a açıqlamasında Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev deyib.

“Hadisə ilə bağlı polis əməkdaşlarına müraciət etmişəm və hazırda araşdırma aparılır. Şişirdilmiş rəqəmlər çoxdur. O qədər pulu heç kəs evində saxlamaz. Evimdən 60 minə yaxın oğuruq edilib", - o bildirib.

Qeyd edək ki, C.İsayevin evindən oğurluğu paytaxt sakinləri - Cavid Süleymanov və Əhməd Əhmədov edib. Mayın 20-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hər iki şəxs saxlanılıb.

Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. /Report.az/