-
- 31-10-2018, 18:46
- 1 482
Xidməti müqavilə ilə işləyənlərin diqqətinə - YENİ QAYDALAR GƏLİR
Bir neçə ay bundan əvvəl xidməti müqavilələrin ləğv ediləcəyi barədə fikirlər səslənsə də, bu ölkə qanunvericiliyinə zidd olduğundan gündəmdən düşdü.
Vergilər Nazirliyi xəbər verir ki, işəgötürən təşkilatlar qarşısında mülki-hüquqi müqavilə, yəni xidməti müqavilə əsasında çalışan işçilərlə bağlı yeni tələblər qoyulması, bununla da real olaraq daimi işlə məşğul olanların xidməti müqavilə əsasında çalışmasının qadağan edilməsi nəzərdə tutulur.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov “Vergilər” qəzetinə müsahibəsində bildirib ki, bu sahədə əsas yeniliklərdən biri xidməti müqavilə ilə çalışanların siyahısının elektron şəkildə hazırlanması olacaq:
“Xidməti müqavilələrin izahı ilə bağlı “Məşğulluq xidməti haqqında” qanunda hər hansı anlayış yox idi. Həmin qanuna edilmiş dəyişikliklərdə isə mülki-hüquqi xarakterli müqavilələr haqqında konkret izahat verilib.
Ümumiyyətlə, bu cür müqavilələr Mülki Məcəllə ilə tənzimlənir. Yəni, bu cür müqavilələrlə işləyən işçilərlə işəgötürən təşkilat arasında hər hansı əmək münasibətləri yaranmır və Əmək Məcəlləsində işçilər üçün nəzərdə tutulan sosial hüquqlar həmin şəxslərə şamil olunmur.
Halbuki, Əmək Məcəlləsinə əsasən, hər bir işçi ilə əmək müqaviləsi bağlanmalıdır və müqavilədə iş rejimi, əməkhaqqı, əməkhaqqına əlavələr, istirahət və məzuniyyət müddəti, iş rejiminin zərərli olub-olmaması haqqında məlumatlar, işçinin və işəgötürənin vəzifə öhdəlikləri təsbit edilir.
Bütün bunlar əmək müqaviləsi ilə çalışan işçilər üçün gələcəkdə bir sıra sosial üstünlüklərə təminat yaradır. O cümlədən, işçi işlədiyi dövrdə hər hansı zədə, yaxud peşə xəstəliyi alarsa, bülletenə çıxarsa, buna görə ödəniş almalı və bunlar əmək müqaviləsində əksini tapmalıdır. Xidməti müqavilə əsasında çalışanlar isə bu sosial hüquqlardan bəhrələnmək imkanına malik deyil”.
İ.Həsənovun sözlərinə görə, hazırda işəgötürən vergi və sosial sığorta ödənişlərinə dair öhdəlikləri ona xidmət göstərən işçinin üzərinə qoyur. Həmin şəxsin işçi kimi digər sosial hüquqları, o cümlədən əmək məzuniyyəti, əməkhaqqına əlavələr, istirahət müddəti bütünlüklə itirilmiş olur. Çünki xidməti müqavilələrdə Əmək Məcəlləsində nəzərdə tutulmuş digər sosial müdafiə xarakterli hüquqlar əks etdirilmir.
Yeni hazırlanan qaydalara əsasən, xidməti müqavilələr yalnız konkret iş qrafiki olmayanlarla imzalanacaq. Tutaq ki, şirkət daxili kompüter şəbəkəsinə xidmət göstərilməsi üçün işçi axtarır, daxildən bir daimi işçi istəmirsə, hansısa mütəxəssisə müraciət edir. Belə şəxslər xidməti müqavilə ilə işləyə bilərlər. Yeni qaydalara görə, maksimum 6 aylıq işlər xidməti müqavilə ilə tənzimlənə bilər. Hətta elə sahələr var ki, orada işçinin xidməti müqavilə ilə çalışma müddəti 3-4 aydan çox olmamalıdır. Bu, o deməkdir ki, işçinin mülki-hüquqi müqavilə əsasında çalışdığı iş yerləri müvəqqəti işlər hesab ediləcək.
Nazirlik rəsmisi hesab edir ki, yeni qaydalar nəticəsində ölkədə faktiki məşğul əhali bütünlüklə qeydə alınacaq və bu zaman onların əmək, yoxsa xidməti müqavilə əsasında çalışdığı reyestrdə əksini tapacaq:
“Bu qaydaların tətbiqinə bütün məşğul şəxslərin siyahısı tam dəqiqləşdirildikdən sonra başlanacaq. Çünki mülki-hüquqi şəxslər tərəfindən Dövlət Statistika Komitəsinə verilən məlumatda xidməti müqavilə əsasında işləyənlərin sayı faktiki göstəricilərin çox cüzi hissəsini təşkil edir. Məsələn, 2017-ci ildə xidməti müqavilə əsasında çalışan işçilərin sayının 8,1 min nəfərdən bir qədər artıq olduğu göstərilir. Halbuki belə işçilərin faktiki sayı dəfələrlə çoxdur. Heç kəsə sirr deyil ki, əksər xidmət sahələrində, o cümlədən ictimai iaşə və əyləncə obyektlərində xidməti müqavilə əsasında işləyənlər çoxluq təşkil edir”.
//Oxu.az