Dünya çempionu öldü
    • 1-11-2018, 11:17
    • 785

Dünya çempionu öldü

Fitnes üzrə dünya çempionu Mendi Blenk dünyasını dəyişib.

News24.az TMZ-ya istinədən xəbər verir ki, fitnes əfsanəsinin cəsədini oktyabrın 29-u Los-Ancelesdəki evin vannasında xadimə tapıb və o dəqiqə 911-ə zəng edib. Hadisə yerinə gələn həkimlər idmançının bir-neçə saat əvvəl keçindiyini bildiriblər. 
Hadisə yerində nə spirtli içki, nə də narkotik maddə tapılmadığından Mendinin ölümünü kriminal hadisə kimi xarakterizə ediblər. Hazırda araşdırma aparılır.

Mendi Blenk 1999-cu ildə Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının keçirdiyi yarışda dünyanın ən gənc çempionu olmuşdu. 

News24.az