Polisin saxladığı avtomobildən silah-sursat götürüldü
    • 24-05-2021, 13:43
    • 270

Polisin saxladığı avtomobildən silah-sursat götürüldü

Mayın 22-də saat 16 radələrində Bakı şəhər sakini E.Həsənovun idarə etdiyi “Tofaş” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Avtomobilə baxış zamanı çoxsaylı səs-siqnal quraşdırılması müəyyən edilmiş, habelə 1 ədəd balta, 1 ədəd “Draqon” markalı ov tüfəngi, 14 ədəd patron, 1 ədəd “Jenix” markalı göz yaşardıcı qaz balonu, 1 ədəd elektroşoker və 8 büküm narkotik vasitə aşkar edilərək götürülüb.

Araşdırma aparılır.