Bakı sakininin avtomobilində silah-sursat AŞKARLANDI
    • 8-08-2019, 18:37
    • 826

Bakı sakininin avtomobilində silah-sursat AŞKARLANDI

Bakı şəhər sakini S.Şahalıyevin avtomobilindən silah-sursat və 39 kiloqramdan artıq marqanes götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Şahalıyevin idarə etdiyi “Volkswagen” markalı avtomobilə baxış zamanı üzərində nişangah quraşdırılmış “TOZ-8” markalı silah, 88 ədəd patron və 39 kiloqram 500 qram kalium permanqanat (marqanis) aşkar edilərək götürülüb.