Rayon qeydiyyatlı şəxslər Bakıda vaksinasiyadan keçə bilərmi? - RƏSMİ AÇIQLAMA
    • 25-05-2021, 13:36
    • 496

Rayon qeydiyyatlı şəxslər Bakıda vaksinasiyadan keçə bilərmi? - RƏSMİ AÇIQLAMA

"Redaksiyamıza daxil olan çoxsaylı suallardan biri rayon qeydiyyatı olan şəxslərin Bakıda vaksinasiyadan keçə bilib-bilməməsi ilə bağlıdır". 

News24 olaraq məsələni aydınlaşdırmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

Qurumun mətbuat katibi Elnarə Baxış belə bir qadağanın olmadığını bildirdi: “Rayon qeydiyyatı olan şəxslər Bakı şəhərində istənilən tibb müəssisəsinə müraciət edərək, vaksinasiyadan keçə bilər. Bunun üçün rayona getməyə ehtiyac yoxdur”.