Rayonlara işləyən avtobusların bilet qiyməti dəyişibmi? - AÇIQLAMA
    • 27-05-2021, 16:05
    • 332

Rayonlara işləyən avtobusların bilet qiyməti dəyişibmi? - AÇIQLAMA

"70 faizdən çox sürücülər artıq vaksinasiyaya cəlb olunublar. Sürücülər gün ərzində iki dəfə tibbi yoxlanışdan keçəcəklər. Hər hansısa problem aşkarlanarsa, əvəz edici sürücüyə müraciət olunacaq". 

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib. O bildirib ki, Tarif Şürasının pandemiyadan öncə müəyyən etdiyi qiymətlər qüvvədədir: "Mayın 30-dan biletlər artıq satışda olacaq. Onlayn bilet satışı da yenidən bərpa olunur".