Gürcüstanın keçmiş baş naziri partiya sədri oldu
    • 29-05-2021, 18:40
    • 439

Gürcüstanın keçmiş baş naziri partiya sədri oldu

Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariya “Gürcüstan naminə” partiyasının sədri seçilib.

News24.az xəbər verir ki, bu barədə qərar siyasi təşkilatın təqdimetmə mərasimində qəbul olunub.
400-ə yaxın partiya tərəfdarı və qonağın iştirak etdiyi tədbirdə nizamnamə də təsdiqlənib.
G.Qaxariya çıxışında partiyanın kiminsə əleyhinə deyil, Gürcüstan naminə yaradıldığını bildirib. Onun sözlərinə görə, rəhbərlik edəcəyi siyasi təşkilat Gürcüstandakı siyasi proseslərdə fəal iştirak edəcək. /report.az