"30 yaşa qədər hər kəs uşaq hesab edilsin" - Jirinovskidən təklif
    • 1-06-2021, 14:02
    • 461

"30 yaşa qədər hər kəs uşaq hesab edilsin" - Jirinovskidən təklif

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dövlət Dumasında çıxış edərək uşaqlığın 30 yaşa qədər uzadılmasını təklif edib.

News24.az xəbər verir ki, o, bu yaşa qədər insanın heç bir şey dərk etmədiyini vurğuıayıb: "Uşaqlar 30 yaşınadək olanlar sayılsın. 30 yaşına qədər heç bir şey anlamırlar, uşaqlardır. Yaşlı nəsil isə 70 yaşdan yuxarıdır".