"Yarım milyona yaxın pul xərcləmişəm" - MURAD ARİF
    • 2-06-2021, 11:01
    • 535

"Yarım milyona yaxın pul xərcləmişəm" - MURAD ARİF

Müğənni-bəstəkar Murad Arif "MTV Azərbaycan" kanalında yayımlanan "Üzə-düz" verilişində qonaq olub. 

News24.az xəbər verir ki, ifaçı verilişdə bu günə qədər etmədiyi etirafları edib: "2014-cü ildə mənim "həyat yoldaşımsan" adlı solo mahnım və klipim çıxdı və 7 ilə yarım milyona yaxın pul xərcləmişəm. Ona görə yarım milyondur, çox deyil? Çünki söz və musiqisini özüm yazıram". 

Veriliş zamanı ifaçı "Şou-biznes" anlayışdan diksinən həmkarlarından danışıb: "Bəlkə də, "tiktok", "instaqram" dönəmində çıxıb, meymunluq eləyib tutmaq olur. Amma səni meymunluğuna görə çağıracaqlarmı? Axı səni ifana görə dəvət edirlər. Aktyor nəyə görə aktyordur? Rollarına görə. Ifaçı nəyə görə ifaçıdır? Repertuarına görə. Ona görə qazanmaq üçün, "tiktok" və "instaqram"da meymunluq eləmək azdır. Bizdə bəziləri deyir e, mənə şou-biznes deməyin! Şou və biznes sözünə niyə belə diksinirsiz? Bizim təltifetmə geclərimizi "Oskar" müqayisə edə bilərikmi? Yox! Bizim müğənnilərin konsertini Beyonsun konserti ilə müqayisə edə bilərimi? Yox! Heç kimi qınamıram. İndustriya, avadanlıq, ortaya qoyulan pullar belədir".