Müğənni Nazənindən iddialı açıqlama: “Əvvəli sən, sonu mən” - Video
    • 4-01-2019, 14:23
    • 1 035

Müğənni Nazənindən iddialı açıqlama: “Əvvəli sən, sonu mən” - Video

Müğənni Nazənin 2019-ci ilin ilk ayında yaradıcılığında yenilik edib.

İfaçı bildirib ki, söz və musiqisi Fuad İbrahimova, aranjimanı Ruslan Səfəroğluna məxsus “Əvvəli sən, sonu mən” adlı bəstə ifa edib: 

“Yola saldığımız il mənim yaradıcılığım üçün uğurlu oldu. Sevincli günüm o oldu ki, oğlum Orxan orta məktəbə qədəmlərini qoydu. Kədərli günüm isə, qardaşımı itirdiyim gün oldu. Allah bütün dünyadan köçənlərə rəhmət eləsin. Yaradıcılığıma gəldikdə isə, düz 5 mahnım, “Ölərəm o an”, “Havalı başım” , “Bitir bitsin” , “Ömrüm ad günün mübarək” , “Səni Sevərəm” adlı bəstələr xit oldu.  Bundan başqa müəllifim olduğum “Dostlar” verilişi də izləyicilər tərəfindən sevildi. Aparıcı olmasam da müğənni kimi bu işin öhdəsindən gəlməyə çalışıram. Şükürlər olsun ki, bu da məndə pis də alınmadı. Öncədən deyim ki, bu il yaradıcılığımda bir çox sürprizlərim olacaq. 2019-un ilk günlərində təqdim etdiyim “Əvvəli sən, sonu mən” mahnım artıq qısa zaman ərzində “Youtube”da 110 minə yaxın baxılıb. Düşünürəm ki, bu mahnım da partlayacaq. Amma bu da son deyil. Sevənlərim gözləsinlər. Bir neçə yeni mahnı oxumuşam. Onlardan biri də bəstəkar Cabbar Musayevdəndir. Artıq o bəstənin də tamamlama işləri gedir”.