-
- 2-06-2021, 12:00
- 424
Tövlədə saxlanılan ahıl qadının kimliyi bəlli oldu- VİDEO
Sosial şəbəkələrdə Gədəbəydə 85 yaşlı qadının zorla tövlədə saxlanılmasına dair görüntülər yayılıb. Yayılan görüntülərdə iddia olunur ki, həmin qadının pensiya kartı əlindən alınıb. Daha sonra onun əllərini bağlayıb tövlədə saxlayıblar.
Gədəbəy Rayon Polis Şöbəsi ahıl qadının tövlədə bağlı vəziyyətdə saxlanılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
News24.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayonunun İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olduğu müəyyən edidlib. Polis əməkdaşları onun yerini həmin kənd ərazisində gəzərkən aşkar edib. Hazırda ahıl qadını bağlayan şəxs və ya şəxlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək.