"Aİ-95" bahalaşdı: Taksi sürücüləri narahatdır - VİDEOREPORTAJ
    • 2-06-2021, 19:08
    • 486

"Aİ-95" bahalaşdı: Taksi sürücüləri narahatdır - VİDEOREPORTAJ

Xəbər verdiyimiz kimi, ötən gecə "Aİ-95" premium markalı benzinin qiyməti 15 qəpik qalxaraq 1.40 AZN olub. Bu da öz növbəsində əhali arasında müəyyən narazılıqlara səbəb olub.

News24.az olaraq mövzunu araşdırmaq qərarına gəldik.

Öncə qeyd edək ki, məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama yayıb. O, bildirib ki, Azərbaycanda hazırda bu benzin növü nisbətən az istifadə olunur. Bizdə istehlak olunan yanacaq növləri dizel və "Aİ-92" markalı avtomobil benzindir. Ümumi istehlakın bəlkə də 90 faizini bu markalı benzinlərin istehlakı təşkil edir.  Ölkə daxilində istehsal edilən benzinin gələcəkdə qiymətinin qalxıb-qalxmaması məsələsinə gəlincə, İ. Əhmədov qeyd edib ki, hazırda ölkədə istehsal olunan benzinin qiyməti sabitdir.

Tarif Şurasından News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yerli istehsal olan "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin məhsul üzrə sonuncu dəfə 2021-ci ilin 4 yanvar tarixində qiymət tənzimlənməsi aparılıb və 1 litr üçün 1 manat müəyyən olunub. Yəni, "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətində dəyişiklik yoxdur və əvvəlki kimi - 1 manat/litr təşkil edir. "Aİ-95" və "Aİ-98" markalı benzinlərin satış qiyməti isə tənzimlənmir.

Benzinin qiymətinin qalxmasından daha çox taksi sürücüləri narahatlıq keçirirlər. 


VİDEO: Fərid Şabanov