Millət vəkili qızı ölümdən xilas edən qaziyə telefon bağışladı
    • 10-06-2021, 17:13
    • 396

Millət vəkili qızı ölümdən xilas edən qaziyə telefon bağışladı

Bir neçə gün öncə Mingəçevir şəhər sakini, 2007-ci il təvəllüdlü Nuray Sayadova özünü Kür çayına ataraq intihar etmək istəyib. N.Sayadova çayda balıq ovlayan şəhər sakini Elgin Əlicanov tərəfindən xilas edilərək sahilə çıxarılıb. Yeniyetmənin intihara cəhd etməsinə ailə üzvlərinin mobil telefonunu əlindən alması səbəb olub. Elgün Əlicanov gənc qızı xilas edərkən öz mobil telefonunu suya salıb.

News24.az xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə yeniyetməni xilas edən Elgün Əlicanova bu gün telefon hədiyyə edib:

"Bir neçə gün əvvəl Mingəçevirdə özünü Kür çayına atan 14 yaşlı qızı xilas edən cavan oğlan haqqında yazmışdım. O, qızı sudan çıxararkən mobil telefonunu suda itirmişdi. Mən ona yeni telefon bağışlayacağıma söz vermişdim. Bu gün Mingəçevirdə olarkən, onunla görüşdüm, hədiyyəmi təqdim etdim. Elgün Əlicanov Vətən Müharibəsi iştirakçısıdır, Suqovuşan istiqamətində vuruşub. O təmasda mənə çox müsbət təsir bağışladı".