İntihar etmək istəyən qadın xilas edildi
    • 23-05-2021, 14:54
    • 396

İntihar etmək istəyən qadın xilas edildi

Saatlıda intihar etmək istəyən qadını ailə üzvləri xilas edib.

Rayonun Nəsimikənd kənd sakini, 1990-cı il təvəllüdlü Bəkirova Aynurə Salman qızı özünü yaşadığı evin tavanından iplə asaraq intihara cəhd edib.

Aynurənin ailə üzvləri bundan vaxtında xəbər tutub və onun həyatını xilas etmək mümkün olub. Xəstəxanaya çatdırılan qadına ilkin tibbi yardımın göstərilib. Hazırda vəziyyəti ağır olan A.Bəkirova xəstəxananın reanimasiya şöbəsindədir.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/