Ukraynada təhlükəli virusun ştammı oğurlandı
    • 10-06-2021, 21:10
    • 403

Ukraynada təhlükəli virusun ştammı oğurlandı

Ukraynada quşlarda rast gəlinən nyukasl virusunun yeni ştammı Milli Mikroorqanizm Ştammları Mərkəzindən oğurlanıb.

News24.az xəbər verir ki, oğurluqda Dövlət Biotexnologiya və Suşlar Elmi və Nəzarət İnstitutunun keçmiş əməkdaşı şübhəli bilinir.

Qeyd edilib ki, oğurlanan ştammlar yoluxucu heyvan xəstəliklərinin törədə bilər və dövlət sərhədlərindən asılı olmayaraq sürətlə əhəmiyyətli dərəcədə yayıla bilər. 

İstintaqa görə, qadın oğurladığı nümunələri soyuducuda saxlayıb və satmağı planlaşdırıb. 

Hadisə ilə bağlı araşdırma aparılır.