-
- 11-06-2021, 13:29
- 584
"Ayaqda olmaq gözəl hissdir..."- Protezlə təmin olunan QAZİLƏR - Fotolar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə həyata keçirilən dəstək tədbirləri çərçivəsində daha 50 qazimizin də son nəsil protezlərlə təminatı prosesinə başlanılıb.
News24.az-ın məlumatına görə, beləliklə, artıq 33 qazi yüksək texnologiyalı protezlə təmin edilib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez- Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində protezlərlə təmin olunan 8 qazi ilə görüş olub, onların rəy və təəssüratları öyrənilib. Qazilərimiz –Samid Xudadlı, Ramiz Qasımov, Sərxan Quliyev, Elşən Həmidov, Asim Məmmədbəyov, Bəşir Məmişov, Hüseyn Sadıqov, Ceyhun Camalov müasir protezlərin rahat hərəkətə imkan verdiyini bildirib, göstərilən dəstəkdən razılıq ifadə ediblər.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Əzizov jurnalistlərə açıqlamasında proseslə bağlı ətraflı məlumat verib: “Hazırda dövlət hesabına təqdim edilən protezlər dünyada bu sahədə ən qabaqcıl olan “Genium” sisteminin - yüksək aktivlik və funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında hazırlanır. Protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, köməkçi vasitələr olmadan sərbəst addımlamağa, qeyri-bərabər səth və panduslara uyğun və sabit, inamlı hərəkətə, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə imkan yaradır. Proqram təminatı ilə nizamlanan bu protezləri istifadə edən şəxs istədiyi rejimi seçərək onlarla rahat hərəkət imkanı qazanır.
Aşağı ətrafları amputasiya olunmuş qazilərlə yanaşı, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam etdirilir. Bu işlər yüksək texnologiyalı protezləşmə sahəsində ən qabaqcıl dünya təcrübəsinə malik olan İslandiyanın ÖSSUR şirkəti ilə əməkdaşlıq şəraitində aparılır. Şirkətin mütəxəssisləri tərəfindən təlimlər keçirilərək müvafiq sahədə ən müasir dünya təcrübəsi öyrənilib, həmçinin yuxarı ətrafları amputasiya olunmuş 32 nəfər qazimizdən müvafiq ölçülər götürülüb”.
Murov uğrunda gedən döyüşlərdə minaya düşərək ayağını itirən Elvin Lətifov protezdən məmnunluğunu ifadə edib: “Sentyabrın 27-i döyüşə yollandım, 28-i isə yaralandım. 9 aydır tək ayaqla gəzməyə öyrəşmişik. İndi şükr Allaha ki, vəziyyətim normaldır”.
Vətən müharibəsi qazimiz Hüseynov Musa oktyabr ayının 12-i minaya düşdüyünü bildirib: “Cəbrayıl istiqamətində gedən döyüşlərdə sol ayağımı itirdim. Uzun müddətdən sonra protezlə təmin olundum. İndi əvvəlkinə nisbətən daha rahat gəzirəm. Bu günümə şükr edirəm”.
Növbəti qazimiz Xudadlı Samid mərmi nəticəsində sağ ayağını itirdiyini deyib: “Yüksək keyfiyyətli protezlə təmin olunmaq gözəl hissdir. İndi daha rahat gəzirəm”.
Qazimiz İbrahimov Vüqar isə müharibədən sonra minaya düşərək hər iki ayağını itirib: “Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 7 aydır əlil arabasında gəzirəm. Protez gözlədiyimdən də rahatdır”.
Füzuli döyüşlərində igidlik göstərən qazimiz Ramiz Qasımov müharibəyə könüllü qatıldığını qeyd edib: “Protezə yavaş-yavaş öyrəşirəm. Çox əlverişlidir. Həmçinin, ayaqları amputasiya olunmuş futbolçuların komandasına yazılmışam. İnşallah tezliklə məqşlərə qoşulacam”.
Müxbir: Məhərrəm Əliyev
Foto: Fərid Şabanov