Kürdəmirdə ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlandı
    • 12-06-2021, 11:45
    • 605

Kürdəmirdə ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan News24.az-a bildirilib ki, agentlik əməkdaşları tərəfindən Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Dəmirov Elnur Qardaşxan oğluna məxsus ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkara qanunvericiliyin tələbləri izah olunub.