"Erkən uşaqlıq dövründə inkişaf"la bağlı onlayn iclas keçirildi
    • 12-06-2021, 11:57
    • 400

"Erkən uşaqlıq dövründə inkişaf"la bağlı onlayn iclas keçirildi

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Erkən uşaqlıq dövründə inkişaf” (EUDİ) layihəsinin həyata keçirilir. Layihənin məqsədi 0-8 yaşarası uşaqların sosial, fiziki və əqli inkişafı üçün valideynləri maarifləndirmək və mütəxəssislərin peşəkar inkişafına töhfə verməkdir.

News24.az-ın məlumatına görə, maarifləndirmə işləri əsasən layihə çərçivəsində yaradılmış portal  və sosial səhifələr vasitəsilə aparılır.

Layihənin hədəf auditoriyaları valideynlər, mütəxəssislər, qanunverici orqanın nümayəndələri, dövlət qurumları, QHT-lər, valideyn birlikləri, gənclər təşkilatları və mediadır. 

Layihənin hədəf regionları Abşeron, Ağcabədi, Gəncə və Şirvan şəhərləridir.

EUDİ-nin iki istiqaməti var: səhiyyə və kommunikasiya.