Lerikdə avtomobil körpüdən aşdı - ÖLƏN VƏ YARALANANLAR VAR
    • 18-12-2019, 12:14
    • 669

Lerikdə avtomobil körpüdən aşdı - ÖLƏN VƏ YARALANANLAR VAR

Lerikdə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dekabrın 17-də saat 18 radələrində Lerik rayonunun Babagil kəndi ərazisində rayon sakini M.Qurbanov idarə etdiyi "KİA" markalı avtomobili körpüdən çaya aşırıb.

Nəticədə sərnişinlərdən Nazim Ağayev hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdiriliblər.