Keçmiş məhkumdan marixuana götürüldü
    • 14-06-2021, 13:09
    • 359

Keçmiş məhkumdan marixuana götürüldü

Mingəçevir ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və 2 ədəd avtomat patronu aşkar edilib. 

DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, davam etdirilən tədbirlərlə onun şəhər ərazisində gizlətdiyi “AKM” markalı avtomat silahı, 28 ədəd avtomat patronu və 1 ədəd patron darağı da götürülüb.