Ərdoğan İlham Əliyevlə birgə Şuşa yolunda
    • 15-06-2021, 14:30
    • 474

Ərdoğan İlham Əliyevlə birgə Şuşa yolunda

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il sonra Azərbaycan ordusu tərəfindən Ermənistanın işğalından azad edilən Şuşa şəhərinə səfər edir. 

News24.az "Ensonhaber"-ə istinadən xəbər verir ki, Ərdoğan burada Azərbaycan Prezidentini salamlayıb. 

Prezidentlər daha sonra avtobusla Şuşaya doğru yol alıblar. 

Qeyd edək ki, səfər çərçivəsində Qarabağın yenidən qurulması üçün həyata keçiriləcək layihələr və Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi sahələrdə sənədlər imzalanacaq.