Təranədən üzr istədi, bağışlamadı - VİDEO
    • 5-11-2018, 13:10
    • 1 272

Təranədən üzr istədi, bağışlamadı - VİDEO

Müğənni Təranə Qumral və Nazənin arasında qalmaqal  davam edir.
 
News24.az xəbər verir ki, Nazənin Salayevanın prodüseri Pərviz Fəqan Təranə Qumraldan üzr istəyib.

“Lider Maqazin”-ə açıqlama verən prodüser Pərviz bildirib ki, Təranə Qumralla arasında söz-söhbət olub: “Efirə telefon bağlantısı zamanı əsəbi oldum və Təranə xanıma müəyyən ifadələr işlətdim. Kaş ki işlətməzdim. O da, mənim dediyim sözlər üçün məhkəməyə verdi. Qanun da öz növbəsində dediyim sözləri təkzib etməyi və Təranə Qumraldan üzr istəməyimi istəyir. Mən də bu gün sizin vasitənizlə illər öncə dediyim sözləri təkzib edib, ondan üzr istəyirəm”.
 
Əldə etdiyimiz məlumata görə, Təranə Qumral Pərviz Fəqanı bağışlamadığı üçün onun ölkədən çıxışına qadağa qoyulub. Bu səbəbdən də bir müddət öncə o, Gürcüstana getmək istəyərkən sərhəddən buraxılmayıb.