Qəzada həlak olan hərbçilərimizə şəhid statusu VERİLƏCƏK
    • 17-06-2021, 11:58
    • 600

Qəzada həlak olan hərbçilərimizə şəhid statusu VERİLƏCƏK

İyun ayının 16-da saat 16:40 radələrində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğluna şəhid statusu veriləcək. 

News24.az xəbər ki, bununla bağlı Dövlət Sərhəd Xidmətindən (DSX) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, iyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.  Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında MAZ markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.