Laçında iki hərbi qulluqçumuz vəfat etdi - FOTO
    • 16-06-2021, 21:11
    • 706

Laçında iki hərbi qulluqçumuz vəfat etdi - FOTO

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

News24.az xəbər verir ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu dünyasını dəyişib.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir. /APA/