Oğuzda 3 tondan artıq çətənə kolu yandırılıb - FOTOLAR
    • 18-06-2021, 15:37
    • 376

Oğuzda 3 tondan artıq çətənə kolu yandırılıb - FOTOLAR

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaş–xaş 2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 2900 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.