-
- 18-06-2021, 16:15
- 579
Tərtərdə baş verən qətlə xəyanət səbəb olub - TƏFƏRRÜAT
Tərtər rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
Qətl qısqanclıq zəminidə baş verib. Hadisəni törədən rayon sakini Anar Əliyev Şəki rayon Sarıca kəndində müəllim işləyir. A. Əliyev həyat yoldaşının ona xəyanət etdiyini əsas gətirərək ondan boşanmaq qərarı verib və bununla bağlı müəllim məhkəməyə müraciət edib. Bu gün keçirilən məhkəmə prosesindən sonra Anar Əliyev həyat yoldaşı Arzu Abbasova ilə mübahisə edib. Mübahisə zamanı A.Əliyev üzərində gəzdirdiyi bıçaqla Arzu Abbasova 2-3 zərbə vurub. Daha sonra o məhkəmə binasının qarşısında qadının boğazını kəsib. Yaxınlıqdakı şəxslər A.Əliyevi saxlayaraq hüquq-mühafizə orqanlarına məlumat verib.
Cütlüyün birgə nikahdan 3 övladı var.
Anar Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Anar Əliyev şübhəli şəxs qismində istintaqa təhvil verilib. /Trend/