DSMF əlaqələri genişləndirir
    • 19-06-2021, 11:29
    • 593

DSMF əlaqələri genişləndirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial təminat sahəsində mötəbər beynəlxalq təşkilatlarla, xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlığı daim genişləndirir.

DSMF-dən News24.az-a verilən məlumata görə, bunu Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham”) üzvləri ilə keçirilən işgüzar görüşdə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov bildirib.

H.Məmişov “Azərbaycanda əhalinin sosial təminatının gücləndirilməsi sahəsində görülmüş işlər və gələcək planlar” mövzusunda təqdimatla çıxış edib. DSMF sədri sosial təminat sahəsində Azərbaycanda aparılan son islahatlardan, görülən işlərdən, əhaliyə göstərilən elektron xidmətlər və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində prioritet hədəflərdən bəhs edib.

Görüşdə Palata üzvlərinin sualları da cavablandırılıb.