İbrahim Raisi 17,9 milyon səslə İranın yeni prezidenti oldu
    • 19-06-2021, 17:08
    • 521

İbrahim Raisi 17,9 milyon səslə İranın yeni prezidenti oldu

İran məhkəmə sisteminin başçısı İbrahim Raisi prezident seçkilərində qalib gəlib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli açıqlama edib. O qeyd edib ki, İbrahim Raisi 17 milyon 926 min 345 səs qazanıb.

Qeyd edək ki, İranda ötən gün keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb.