İşğaldan azad edilən Talış kəndində 1 tondan artıq çətənə kolu məhv edildi
    • 21-06-2021, 11:28
    • 493

İşğaldan azad edilən Talış kəndində 1 tondan artıq çətənə kolu məhv edildi

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Talış kəndi ərazisində çəkisi 1 ton 210 kiloqram olan 2200 ədəd çətənə kolu yandırılaraq məhv edilib.